Dmitri Medvedev bu gün Azərbaycana səfərə gəlir
Bu gün Rusiya prezidenti Dmitri Medvedev Azərbaycana səfərə gəlir. Səfər zamanı iki ölkə arasında ticarət, iqtisadi, yanacaq-energetika sahəsində əlaqələr müzakirə olunacaq. Dmitri Medvedevin səfəri zamanı qaz sahəsində konkret layihələr və perspektiv planların müzakirəsi də nəzərdə tutulur.
?RİA Novosti?nin yaydığı xəbərə görə, ?Qazprom?un İdarə Heyətinin sədri Aleksey Miller səfər zamanı ?Şahdəniz? yatağından hasil olunacaq təbii qazın Rusiyaya satılması barədə sazişin imzalanacağına ümid etdiklərini deyib.
Dmitri Medvedev və İlham Əliyev arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları da müzakirə olunacağı da gözlənilir.
Qeyd edək ki, iyunun 29-dan Rusiyada Azərbaycan Mədəniyyət Günləri başlayır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50