ABŞ səfiri və digər beynəlxalq təzkilatların nümayəndələri Milli Məclisdə müzakirələri dinləyir
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb. Hazırda deputatlar cari məsələləri müzakirə edirlər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Milli Məclisin bugünkü iclasında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi də iştirak edir. Qeyd edək ki, ABŞ səfiri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndələri də müzakirələri dinləməyə gəliblər.
Məlumat üçün bildirək ki, bugünkü iclasda ?Dini etiqad azadlığı haqqında?, ?Qeyri-hökumət təşkilatları haqqında?, ?Kütləvi informasiya vasitələri haqqında? qanunlara əlavə və dəyişikliklər müzakirə olunacaq. Xarici ölkə nümayəndələrinin də bu iclasda iştirak etməkdə məqsədləri adları çəkilən qanun layihələrinin müzakirəsi ilə yaxından tanış olmaqdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51