Məmməd Əlizadə ?Sülhün və Demokratiyanın inkizafında dinin yeri və rolu? mövzusunda tədbir keçirib
Bu gün Demokratik Azərbaycan Dünyası Partiyası ?Sülhün və Demokratiyanın inkişafında dinin yeri və rolu? mövzusunda bu gün dəyirmi masa keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbirdə siyasi partiyaların nümayəndələri, dindarlar, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.
DADP sədri Məmməd Əlizadə çıxış edərək bildirib ki, ictimai-siyasi proseslərdə hər zaman dinin öz yeri olub. İslam dininin ədalət və bərabərliyə əsaslandığını vurğulayan M.Əlizadə İslam ordusunun da tarixdə ən ədalətli ordu hesab edildiyini vurğulayıb.
Tədbirdə iştirak edən professor Əsədulla Qurbanov mövzu ilə bağlı fikirlərini bildirib. O həyatda alternativi olmayan məfhumların az olduğunu və bunların birinin də din, demokratiya və sülh olduğunu deyib ?Dinin təkcə mənəvi həyatda deyil, ictimai-siyasi proseslərdə də rolu böyükdür. Dinsiz dövlətlər ola bilir, amma dinsiz cəmiyyət ola bilməz?. Ə. Qurbanovun sözlərinə görə, islam ən sonuncu yaranan din olduğundan orada ümumbəşəri ideyalar da öz əksini tapıb.
Digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bildiriblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51