Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov Rusiya prezidendi Dmitri Medvedevin Azərbaycana səfərini müsbət qiymətləndirib. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, YAP yetkilisi Rusiya prezidentinin Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi bəyanat Azərbaycan tərəfindən nikbinliklə qarşılanır. Onun sözlərinə görə, Rusiyanın dövlət başçısının bəyanatı yaxın müddət ərzində münaqişənin həllinə inamı artırıb. Qeyd edək ki, Rusiya prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanda verdiyi bəyanat da məsələnin beynəlxalq hüquq prinsiplərinə uyğun həll olunacağını bildirib: ?Moskva Bəyannaməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hansı prinsiplər üzrə nizama salınması dəqiq göstərilib: beynəlxalq hüquq prinsipləri hamıya məlumdur, indiki halda beynəlxalq təşkilatların qərarlarını, təbii ki, ən nüfuzlu beynəlxalq təşkilatın - Birləşmiş Millətlər Təşkilatının qərarını əsas götürürük?.