Rusiya prezidenti Dmitri Medvedev iyunun 29- da Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə bir günlük işgüzar səfərə gələcək. Səfər zamanı Qarabağ münaqişəsi, Xəzər mövzusu, təhlükəsizlik sahəsində əməkdaşlıq və Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsinin mümkünlüyü, ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir. Qeyd edək ki, bu, Medvedevin Rusiya prezidenti seçildikdən sonra Azərbaycana artıq ikinci səfəridir. 2008-ci il iyulun əvvəllərində Medvedev Bakıda rəsmi səfərdə olub.