Açıq Cəmiyyət Partiyasının(ACP) sədri Akif Şahbazovun istefasından sonra sədrin iki müavini də tutduqları vəzifədən uzaqlaşdırılıb. ACP Ali Məclisinin sədri və hazırda partiya sədrinin vəzifələrini icra edən Vaqif Mahmudov deyib ki, Yaqub Abbasov və Fərəməz Cavadov müavinlikdən kənarlaşdırılıblar. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Yaqub Abasov isə bildirib ki, onun bu qərardan xəbəri yoxdur: ?Doğrusu, mənim bunlardan xəbərim yoxdur. Mən heç sonuncu İdarə Heyətinin iclasında da iştirak etməmişəm. Əslində Akif Şahbazovun istefası ilə müavinlərin də, ümumilikdə sədr aparatının buraxılması da reallaşımış olur. Əgər belə bir qərar veriblərsə, qoy olsun?.