islam Partiyası XiN-nin qarzısında aksiya keçirdi, sədri həbs olundu
Bu gün Azərbaycan İslam Partiyası İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfərinə etiraz olaraq Xarici İşlər Nazirliyi qarşısında piket keçirib. Bu barədə Müstəqşil İnformasiya Agentliyinə İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Akif Heydərli məlumat verib. A.Heydərli deyib ki, aksiya zamanı polis tərəfindən iştirakçılara təzyiq oluu və bu səbəbdən Hacı Mövsüm Səmədovun polisə müqavimət göstəribr. Nəticədə AİP sədri və daha 9 nəfər aksiya iştirakçısı həbs edilərək Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinə aparılıb.
AİP sözçüsü onu da bildirib ki, aksiyaya Azərbaycan Ziyalılar Birliyi, Azərbaycan Birlik Təşkilatı və Fəzilət Partiyasının üzvləri də qatılıblar.
Bir qədər əvvəl Akif Heydərli onu da bildirib ki, artıq piketdə saxlanılan partiy üzvləri izahat veriləndən sonra buraxılıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08