Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlı yeni zayiələr yayılıb
?Fövqəladə hallar naziri Kəmaləddin Heydərov işə çıxmır. Nazirin işə çıxmamasının səbəbi isə işçilərdən gizli saxlanılır. Bu isə FHN əməkdaşları arasında şayiələrin yayılmasına səbəb olub. Bəziləri nazirin məzuniyyətə çıxaraq xaricə müalicəyə getdiyini deyir. Digərləri isə onun xəsarət aldığını bildirir?.
Bu məlumatı Müstəqil İnformasiya Agentliyinə (mia.az) sözügedən nazirliyin işçilərindən biri verib. Verilən məlumatı Fövqəladə Hallar Nazirliyi ilə dəqiqləşdirmək istədik. Lakin gün ərzində nazirliyin mətbuat xidmətindən zənglərimizə cavab verən tapılmadı.
Qeyd edək ki, son vaxtlar K.Heydərovun bütün addımları diqqət mərkəzində olur. Onun iqtidarda bir çox nazirlərlə probleminin olduğu bildirilir. Hətta Azərbaycandakı generallardan birinin oğlu ilə K.Heydərovun münasibətlərinin kəskin səviyyəyə çatdığı da vurğulanır.
K.Heydərovun mətbuatdan gen gəzməsi isə bu tip şayiələrin həyata vəsiqə qazanmasına səbəb olur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08