Azərbaycan və Ermənistan xarici işlər naziri Elmar Məmmədyarovla Edvard Nalbandyanın növbəti görüşü iyunun 26-da Parisdə keçiriləcək. Bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov məlumat verib. A.Əzimov bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin mövcud durumu ətrafında fikir mübadiləsi aparılacaq, tənzimləmə prosesinin perspektivləri araşdırılacaq.