Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə partiyanın mərkəzi qərargahında ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankoreli qəbul edib. Ümid Partiyası mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, fəaliyyətə yeni başlamış səfirlə tanışlıq görüşündə ölkədəki ictimai-siyasi vəziyyət, Azərbaycan iqtidarının QHT sektoru, KİV, dini qurumlar və digər sahələrlə bağlı qanunlarda dəyişikliklər təşəbbüsü və Qarabağ məsələsi müzakirə olunub. Eyni zamanda, Ümid lideri Əli Bilge Cankorelə bu ilin sonunda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıq və ATƏT-in Bakı ofisi ilə Ümid Partiyası arasındakı əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparıb.