Milli Məclisin bugünkü iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ordudakı vəziyyətlə bağlı tənqidi fikirlər səsləndirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Q.Həsənquliyev baş verənlərdə ordu rəhbərliyini təqsirli bilib. BAXCP sədri mətbuatda ordudakı vəziyyətlə bağlı yazılanların doğru olduğunu və bəzi deputat həmkarlarının bu məlumatların şişirdilməsi barədə çıxışları ilə razılaşmadığını vurğulayıb: ?Problem varsa, deməli, mətbuata çıxmalıdır. Əgər bir zabit öz əsgərini düşmən tərəfə satırsa, belə ordunun rəhbəri heç kimin təklifini gözləmədən istefa ərizəsi yazmalıdır?.