BŞiH QHT-lərin Milli Məclisin qarzısında keçirmək istədiyi piketə icazə verməyib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin iyunun 19-da Milli Məclisin qarşısında keçirmək istədiyi piketə icazə verməyib. İcazəsiz aksiyanın keçirilib-keçirilməyəcəyi isə hələlik məlum deyil. Komitədən verilən məlumata görə, məsələnin iyunun 19-da səhər müzakirə olunması nəzərdə tutulub.
Qeyd edək ki, iyunun 9-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna əlavə və dəyişikliklər layihəsini bəyənərək plenar iclasa tövsiyə edib. Layihə iyunun 19-da Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. QHT-lərin fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan əlavə və dəyişikliklərə etiraz olaraq iyunun 12-də 50-dən çox QHT-nin iştirakı ilə Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi yaradılıb. Daha sonra komitəyə çox sayda QHT qoşulub. Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi layihənin müzakirədən çıxarılması üçün həyata keçirdiyi tədbirlər planı çərçivəsində iyunun 19-da Milli Məclisin binası qarşısında etiraz aksiyası təşkil etməyi də planlaşdırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08