?QHT-lər ilə bağlı qanuna təklif edilən əlavə və dəyişikliklər hələ müzakirədədir. Ombudsman Aparatında bununla bağlı geniş müzakirələr keçiriləcək?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bunu insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Ombudsman Aparatı nəzdində Ekspertlər Şurası fəaliyyət göstərir. Həmin təşkilatda 60-a yaxın müstəqil QHT daxildir: ?Biz birlikdə müzakirələr keçirib, təkliflərimizi Milli Məclisə təqdim edəcəyik?. Qeyd edək kİ, iyunun 19-da Mili Məclisdə QHT-lər, din azadlığı etiqadı ilə bağlı qanunlara əlavə və dəyişiklər müzakirə ediləcək.