Filip Qordon: "Qarabağ münaqizəsinin həllində irəliləyizə nail olmuzuq"
?ABŞ ATƏT-in Minsk qrupu vasitəçisi kimi Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün irəliləyişin əldə olunmasına kömək edir. Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqda və iyunun 4-də Sankt ?Peterburqda keçirdiyi görüşlər 2009-cu ildə çərçivə razılışmasını sona çatdırmaq üçün cəhdlərin fəallaşmasına yol açıb?. Bu fikirləri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon xarici işlər üzrə komitənin iclasında səsləndirib.
Qordon bildirib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, dövlət katibinin müavinin köməkçisi Metyu Brayza öz rusiyalı və fransalı həmkarları ilə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin beş görüşünü təşkil ediblər. ?ABŞ dövlət katibi Hillari Klinton Azərbaycan və Ermənistan rəhbərləri ilə danışıqlarda şəxsən iştirak edib. Onun mayın 5-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü buna misal göstərmək olar?, - deyə dövlət katibinin müavini bildirib. Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında və Ermənistan ?Türkiyə münasibətlərinin normallaşmasına köməklik göstərməyə çalışır. ?Biz inanırıq ki, bu iki proses ayrılıqda amma paralel formada və müxtəlif sürətdə irəliləməlidir?. O hesab edir ki, aprelin 22-si Türkiyə və Ermənistanın münasibətləri normallaşdırmaq haqqında birgə bəyanatı iki ölkə arasında münasibətləri normallaşdırmaq və sərhədlərin açılmasında üçün tarixi imkandır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50