Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həllində real irəliləyişə nail olunub. Bunu Avropa Birliyinin Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Piter Semnebi "Reuters" agentliyinə müsahibəsində deyib. "Danışıqlar prosesi fəallaşıb. Ay ərzində prezidentlərin iki görüşü baş tutub, lakin tez bir zamanda dövlət başçılarının növbəti görüşü olacaq", deyə Semnebi bildirib. Münaqişənin təhlükəli olması məsələsinə münasibət bildirən Piter Semnebi deyib ki, onu nəzərə almamaq ağılsızlıq olar və tərəflər hərbi əməliyyatların riskini dərk edirlər. "İstənilən halda ötən il Gürcüstanda baş vermiş müharibə hərbi əməliyyatların təhlükəli olduğunu göstərib", - deyə Avropa Birliyi rəsmisi əlavə edib.