Prezident İlham Əliyev səhiyyənin inkişafındakı xidmətlərə görə 13 nəfərə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi barədə sərəncam verib. Sərəncama əsasən 10 nəfərə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı verilib. Onlar Ağayev İbrahim Bəhram oğlu, Əsgərov Vasif Fətulla oğlu, İbadov Telman Əsəd oğlu, İsgəndərov Qalib Fəxrəddin oğlu, İsmayılov Ramiz Abbas oğlu, İsmayılzadə Şəfiqə Ələfsər qızı, Qasımov Viktor Kərimoviç, Sultanov İxtiyar Səttar oğlu, Uluxanov Asim Nurəddin oğlu, Yaqubov Rüfət Səttar oğludur. İki nəfərə - Hadıyev Surxay İsmayıl oğluna və Mahalov Şərif İslam oğluna isə "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı verilib. Muradov Habil Kamil oğluna "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilib.