Dünən saat 00.59 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi M.Şəfai küçəsi ev 34-dən özünü təqdim etməyən şəxs polisə zəng edərək Maştağa Dəmir Yolu Stansiyasına bomba qoyulması və səhər saat 09.00-da partlayacağı barədə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa Dəmir Yolu Stansiyasına bomba qoyulması barədə polisə yalan məlumat vermiş Maştağa qəsəbə sakini İqor Fedoseyev həbs olunub. Faktla bağlı araşdırma aparılır.