İyunun 12-dən bəri İranda prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət əhəmiyyətli bir qələbə qazanıb. Belə ki, iyunun 12-də keçirilən prezident seçkilərinin nəticələrinə yenidən baxılmasına qərar verilib. CNN Türk-ün məlumatına görə, Konstitusiyanı Qoruma Şurası səslərin yenidən sayılması barədə na qərar verib. Bu prosesin nə ilə nəticələnəcəyi isə məlum deyil. Amma Konstitusiyanı Qoruma Şurasının bu qərarını Musəfi tərəfdarlarının davamlı mübarizəsinin nəticəsi saymaq olar. Qeyd edək ki, iynunun 12-si axşam saatlarından başlayaraq, Musəvinin tərəfdarları etiraz aksiyaları keçiriblər. Bu aksiyalar zamanı 7 nəfər ölüb, xeyli adam yaralanıb.