"Azərbaycanda Mətbuat Şurasının səlahiyyətləri çərçivəsində ayrıca bir Ombudsman yaratmağa ehtiyac yoxdur". Bu sözləri jurnalistlərə açıqlamasında Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O qeyd edib ki, əgər Azərbaycan jurnalistləri hesab etsələr ki, ayrıca bir ombudsmanın yaradılmasına ehtiyac var, o zaman bu məsələyə baxmaq olar: "Amma hesab edirik ki, Azərbaycanın Mətbuat Şurası, jurnalistlərin ümumi yığıncağında seçilən qurumun idarə heyəti və sədri bütövlükdə mətbuat ombudsmanı rolunu icra edir".