Müsavatda ?Məmmədəmin Rəsulzadə və təhsil? mövuzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün Müsavat Partiyasının qərargahında ?Məmmədəmin Rəsulzadə və təhsil? mövuzusunda elmi-praktiki konfrans keçirilib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Müsavat Partiyasının mətbuat xidmətinin əməkdaşı Yalçın Abbaslı deyib ki, konfransda tanınmış alilmlər, müəllimlər və ziyalılar iştirak ediblər.
Müsavat sözçüsü bildirib ki, konfransda öncə başqan İsa Qəmbər çıxış edərək, Azərbaycanın təhsil sahəsindəki problemlərdən söz açıb: ?İsa bəy ölkənin təhsil sistemindəki problemlər barədə fikirlərini bildirdi. Sonra Rəsulzadənin o vaxt Azərbaycan təhsilinə verdiyi töhfələrdən, apardığı islahatlardan söz açdı. Bundan sonra iki məruzə oldu. Birinci məruzəni partiyanın Məclis üzvü, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü etdi. Daha sonra Divan üzvü Vurğun Əyyub təhsil sahəsindəki problemlərlə bağlı məruzə ilə çıxış elədi. Sonda həmin məruzələr ətrafında fikir mübadiləsi aparıldı?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51