Dünən Brüsseldə Ermənistan və Azərbaycanın müdafiə nazirləri Səfər Əbiyevlə Seyran Ohanyanın görüşü olub. Görüşün təfərrüatları barədə heç bir məlumat verilməyib. Qeyd edək ki, nazirlərin görüşü iyunun 11-də Belçika paytaxtında keçirilən Avroatlantik Tərəfdaşlıq Şurasının iclası çərçivəsində baş tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bu barədə məlumat verilməyib.