Bakı Apellyasiya Məhkəməsi də Hüseyn Arabulu azadlığa buraxmadı
Bu gün Bakı Apellyasiya Məhkəməsi ?Barmek-Azərbaycan? şirkətinin sabiq prezidenti Hüseyn Arabulun barəsində seçilmiş iki aylıq həbs-qətimkan tədbirini dəyişdirməyib. H.Arabulun vəkili Abbas Atakişinin verdiyi məlumata görə, hakim Rəsul Səfərovun sədrlik etdiyi məhkəmə H. Arabulun apellyasiya şikayətini təmin etməyib, Səbayel rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Vəkil onu da bildirib ki, təqsirləndirilən şəxs prosesə gətirilməyib.
Qeyd edək ki, Hüseyn Arabul iyunun 3-də saat 02.00 radələrində Şəmkir rayonu ərazisində Azərbaycandan Gürcüstana keçmək istəyərkən Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanıb və barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il müddətinə şərti cəzaya məhkum edilib. Həmin hökmə görə, H. Arabul bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08