Ümumdünya Səhiyyə Təşkilatı A/H1N1 qripinin (donuz qripi) pandemiyası (epidemiya) təhlükəsinin maksimal ? 6-cı səviyyəyə yüksəldildiyini elan edib. ?RİA-Novosti?nin verdiyi xəbərə görə, A/H1N1 qripi epidemiyasının təhlükə səviyyəsinin ən yüksək həddədək qaldırılması barədə qərar bu gün ÜST-nın Fövqəladə Komitəsinin ekspertləri ilə aparılan məsləhətləşmələr zamanı qəbul olunub. Artıq ÜST bu qərarı təsdiq edib. Xatırladaq ki, dünən təşkilat dünyanın 74 ölkəsində 27 min 737 yoluxma hadisəsi qeydə alıb. Xəstələrin 141-i vəfat edib.