AiDP sədri Prezident Administrasiyasının zöbə müdiri Əli Həsənovla razılazmır
Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun bəzi məscidlərin kommersiya məqsdilə inşa olunduğu barədə açıqlamasına etirazını bildirib.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən partiya sədrinin fikrincə bu açıqlama iqtidarin ölkədə apardığı siyasətin mahiyyətindən xəbər verir: ?Allahdan qorxmadan məscidlərin sökülmə aksiyasının dəstəklənməsi onu göstərir ki, bu prosesə elə yuxarı səviyyədən göstəriş verilib. Əli müəllim açıqlamasında insanları məscidlərin sökülməsinə biganə qalmağa dəvət edir. Zənnimcə, onun arqumentləri nə özünə, nə də rəhbərlik etdiyi şöbəyə uyğun gəlmir. Bu açıqlamanı əsassız sayıram. Guya məscidlərin sökülməsi kommersiya məqsədi güdürmüş. Digər tərəfdən hətta bu məqam belə məscidlərin sökülməsinə, bağlanmasına rəvac vermir. Çünki məscidlər zamana, məkana və təlabata uyğun inşa olunur. Və öz siması ilə dövrün, insanların mənəviyyatını, fikir və düşüncəsini, vəhdətlik durumqnu əks etdirir?.
T.Abbaslı hesab edir ki, minlərlə vətəndaşın halal qazancı və zəhməti hesabına inşa olunan məscidlərə bu cür münasibət sərgiləmək yanlışlıq və günahdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51