Satızda daha 1 ton keyfiyyətsiz ərzaq məhsulu azkarlanıb
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti ərzaq istehsalı və satışı sahəsində növbəti monitorinqlər keçirib. Nazirlikdən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu dəfəki reydlər zamanı Bakının Səbail rayonunda fiziki şəxslər Sevinc Piriyeva, Diana Sədullayeva, Asəf Məmmədbəyov və Vüqar Hüseynova məxsus ərzaq mallarının satışı mağazalarında, Binəqədi rayonunda fiziki şəxslər Səbahəddin Həmidov və Aqil Həsənova məxsus ticarət obyektlərində, Sumqayıt və Dəvəçi şəhərlərində müvafiq olaraq Şükür İslamov və Müşfiq Qasımova məxsus ərzaq mağazalarında ümumi çəkisi 1 tona yaxın istifadə müddəti ötmüş, yararsız ərzaq məhsulları - qənnadı və kolbasa məmulatları, kərə yağı, balıq konservləri aşkarlanıb və satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş 8 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib, onlara cərimələr tətbiq olunub.
Nazirlikdən bildirilib ki, bu il mayın 17-dən ?İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında? Qanunu qüvvəyə mindikdən sonra İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti qanun pozuntusuna yol vermiş 11 hüquqi şəxsə 40,5 min manat, 39 fiziki şəxsə isə 59 min manat cərimə tətbiq edib.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19