Azərbaycanda buraxılan avtomobillərin də satızı zəifləyib
Dünyada yaşanan maliyyə böhranı Azərbaycanda fəaliyyət göstərən bir sıra özəl şirkətləri istehsalı azaltmağa məcbur edib. Şamaxıda fəaliyyət göstərən ?Evsen? Şirkətlər Qrupuna məxsus avtomobil zavodu da dünya maliyyə böhranı ilə əlaqədar istehsalı azaltmağa məcbur olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə adı çəkilən şirkətdən məlumat verilib. Xatırladaq ki, Şamaxı Avtomobil Zavodunda ?AzSamand? markalı avtomobillər yığılır. Avtomobillər üçün əsas ehtiyat hissələri Azərbaycana İrandan idxal olunur.
Şirkətdən bildirilib ki, zavodda istehsal olunan ?AzSamand? avtomobilinin satış qiyməti bir qədər aşağı salınsa da onun alışı zəifləyib. Əvvəllər zavodda hər ay 200 ədəd ?AzSamand? yığılırdısa, indi bu rəqəm xeyli aşağıdır.
Yeri gəlmişkən, Şamaxı Avtomobil Zavodu ötən il İranın ?Khodrou? şirkəti ilə ?Azsamand? avtomobillərinin üç modelinin yığılmasına dair saziş imzalayıb. Müqaviləyə əsasən, 2009-2010-cu illərdə Azərbaycanda 10 min ədəd ?Azsamand? markalı minik avtomobili yığılmalıdır. Amma dünya maliyyə böhranı Azərbaycan müəssisəsinin işini çətinə salıb. Çünki ?AzSamand? markalı avtomobillərin daxil bizarda olduğu kimi xarici bazarda da satışında problemlər yaranıb.
Şirkətdən verilən məlumata görə, Şamaxı Avtomobil Zavodunda ?Pejo? və ?Cip? modelli maşınların da buraxılması planlaşdırılırdı, böhranın yaratdığı vəziyyət həmin planları da arxa plana keçirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19