Əvəz Temirxan Pənah Hüseyni məhkəməyə verməyə hazırlazır
Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan Müsavat Deputat Qrupunun üzvü Pənah Hüseyni məhkəməyə verməyə hazırlaşır. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə (mia.az) Əvəz Temirxanın özü məlumat verib. Buna səbəb isə Pənah Hüseynin ?Yeni Müsavat? qəzetinin son saylarında 4 iyun qiyamı ilə bağlı Rəhim Qazıyevlə birgə müsahibəsi zamanı Ə.Temirxan barədə bəzi fikirlər səsləndirməsi olub. ?Guya mən Gəncədə sessiyanın çağırılmasını və çevriliş edilməsi məsələsini qoymuşam. İndi ?Yeni Müsavat? qəzeti yazır ki, guya mən o zaman Azərbaycan milli hökumətinə qarşı Rusiya və İranın hazırladığı çevrilişdə rol almışam. Mən həmin qəzetin sabahkı sayını gözləyirəm, görək, Pənah Hüseyn orda nə deyib. Bundan asılı olaraq, Pənah Hüseyni və onun fikirlərini dərc edən qəzeti məhkəməyə verəcəyəm?, - deyən Ə.Temirxan bildirib ki, sağlam məntiqə görə, baş naziri Pənah Hüseyn olan hökumət yıxılmağa məhkum idi. ALP yetkilisi deyib ki, AXC-Müsavat hakimiyyətini yıxmağa ehtiyac yox idi, çünki özü yıxılacaqdı: ?Mən hələləik gözləyirəm. Pənah Hüseyn haqqında bütün düşündüklərimi demirəm. Sabah baxarıq, görək Pənah Hüseyn nə deyib, ondan sonra mövqeyimi qətiləşdirəcəm və məhkəməyə müraciət edəcəyəm?.
Ə.Temirxan onun barəsində bu kimi fikirlərin yayılmasının arxasında müəyyən məqamların olduğunu da nəzərə çatdırıb: ?Siz bilirsiniz ki, ?Azadlıq? radiosunun internet saytında keçirilən sorğuda ən nüfuzlu siyasətçi Lalə Şövkət seçilib. Bundan əlavə, Müstəqil İnformasiya Agentliyinin saytında keçirilən sorğuda da Liberal Partiyası ən perspektivli təşkilat kimi öndə olub. Mənə elə gəlir ki, bu, həm iqtidarda, həm Moskvada, həm də Azərbaycandakı başqa qüvvələri narahat edir. Ona görə də məni ?vurmağa? çalışırlar. Yəni bu hücumlar sifarişin nəticəsidir. Pənah Hüseynə kimlərin sifariş verməsini isə sabah deyəcəyəm?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08