İyunun 17-18-də Tbilisidə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan?Gürcüstan hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze bildirib ki, növbəti iclas çərçivəsində razılaşdırılmamış sərhəd sahələri, o cümlədən David Qareci monastr kompleksi rayonundakı sahələr müzakirə ediləcək. İclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə Azərbaycan hökumət komissiyasının üzvləri iştirak edəcəklər. Qey edzk ki, indiyədək Azərbaycan və Gürcüstan arasında ümumi uzunluğu 480 kilometr dövlət sərhədinin 65 faizi razılaşdırılıb.