Prezident İlham Əliyev iyunun 5-də Rusiyaya işgüzar səfərini başa çatdıraraq Bakıya qayıdıb. Ölkə başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar. Qeyd edək ki, İ.Əliyev iyunun 4-də Sankt-Peterburqda Ermənistan və Rusiya prezidentləri Serj Sərkisyan və Dmitri Medvedyevlə görüşüb. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib.