Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 3-də 3 istiqamətdə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni ordusu saat 21.50-dən 22.05-dək Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 17.30-dan 18.10-dək Goranboy rayonunun Gülüstan kəndi, iyunun 4-də saat 01.10-dan 01.25-dək isə Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.