Arabul Azərbaycandan qaçmaq istəyərkən Şəmkir sərhədçiləri tərərfindən tutulub
?Barmek-Azərbaycan? şirkətinin prezidenti Hüseyn Arabul Azərbaycandan Gürcüstana keçmək istəyərkən həbs olunub. Lent.az-ın məlumatına görə, türkiyəli iş adamını iyunun 3-də saat 02 radələrində Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri saxlayıblar. Mənbə əməliyyat zamanı Arabulun işlətdiyi bir cümləni də sitat gətirir: ?Azərbaycanda mənim belimi qırdılar...?
Qeyd edək ki, Hüseyn Arabul dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci ildə çıxardığı hökmə əsasən 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il şərti cəzaya məhkum edilib. O, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz.
Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elşən müəllim (soyadını deməkdən imtina elədi) Müstəqil İnformasiya Agentliyinə: "Yazili şəkildə suallarınızı göndərin araşdırıb cavab verək" deyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08