Prezident Heydər Əliyev adına idman-Konsert Kompleksində XVI Beynəlxalq konfransın açılız mərasiminə qatılıb
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində XVI Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Artıq 16-cı dəfə keçirilən bu sərgi və konfrans regionun ən aktual mövzularını əhatə edən beynəlxalq foruma çevrilmişdir. Bu il sərgidə Azərbaycan bazarına ilk dəfə çıxan çoxlu yeni şirkət iştirak edir. Yeni şirkətlər sərginin ümumi ekspozisiya sahəsinin 20 faizini təşkil edir. Sərginin ekspozisiya sahəsinin 40 faizindən artıq hissəsi isə dünya şöhrətli şirkətlər tərəfindən tutulmuşdur ki, onların bir çoxu Xəzər neft və qaz sərgisinin daimi iştirakçılarıdır.
Builki ekspozisiyada neft, qaz, neft kimyası sahələri üçün maşın və avadanlığın geniş çeşidləri, neft-qaz sənayesi məhsulları, yeni texnologiyalar və xidmətlərlə bağlı işlər nümayiş olunur.
İlham Əliyev açılış mərasimində nitq söyləyib, sərginin pavilyonları ilə tanış olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08