Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 1-də ordumuzun yerləşdiyi məntəqələri iki istiqamətdə atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni ordusu saat 17.50-dən 18.10-dək Ermənistanın Noyanberyan rayonunun Vosgevan kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndindəki üzbəüz mövqelərimizi, eləcədə saat 20.10-dan 20.30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.