[b]Onlar Ermənistan ordusundakı vəziyyətdən narazı olduqları üçün evlərinə qaçmaq istəyiblər[/b] Bu gün saat 14.30 radələrində cəbhənin Goranboy rayonu istiqamətində iki nəfər erməni əsgəri əsir götürülüb. İlkin məlumatlara görə, həmin əsgərlər orduya yeni çağırılıblar. Onlar Ermənistan ordusundakı vəziyyətdən narazı olduqları üçün evlərinə qaçmaq istəyiblər. Ancaq Azərbaycan tərəfinə keçiblər və cəbhənin Goronboy Gülüstan adlanan ərazsindən Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən saxlanıblar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə bildirib ki, məsələ ilə bağlı ətraflı məlumat bazar ertəsi veriləcək. Hazırda faktla bağlı araşdırma gedir./ANS TV/