ATƏT-in Minsk qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrləri- Metyu Brayza, Bernar Fasye və Yuri Mezlyakov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünə hazırlıq məsəsələri müzakirə olunub. Qeyd edək ki, həmsədrlər bu gecə İrəvandan Bakıya gəliblər. Onlar bu gün axşam İrəvana qayıdacaqlar.