?İstanbul reysi? filminin çəkilişləri artıq başa çatıb. Hazırda filmin mantaj işləri gedir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumatı xalq artisti Yaşar Nuri verib. Aktyorun yenilikləri bununla bitmir. O, həmçinin rejissor Ayaz Salayevin ekranlaşdırdığı filmdə də gözəl bir obraz yaratdığını bildirib: ?Teatrda da işlər çoxdur. Əfqan Əsgərovun pyesi əsasında tamaşa səhnələşdiriləcək. O tamaşada mənə də rol veriblər. Sadəcə, mövsüm sona çatdığından və teatrın təmiri ilə əlaqədar işlər bir az ləngiyir. Sentyabrda qızğın işlər başlayacaq. Allah qoysa, tamaşaçıları yeni rollarla sevindirəcəm?.