Azərbaycan Dövlət Filarmoniyasından Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, SSRi xalq artisti, mərhum sənətkar Lütfiyar İmanovun xatirə gecəsi keçiriləcək. İyunun 12-də baş tutacaq tədbirdə Lütfiyar İmanovun yaradıcılığından, keçdiyi həyat yolundan söhbət açılacaq. Filarmoniyadan onu da bildiriblər ki, gecədə mərhum sənətkarın mahnıları da səslənəcək. Qeyd edək ki, mərasim Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.