Prezident ilham Əliyev Gəncədə səfərdədir
Prezident İlham Əliyev bu gün Gəncə şəhərinə səfərə gedib. Dövlət başçısı əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev meydanına gedib, mərhum prezident Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstəsi qoyub.
Bundan əlavə, İlham Əliyev meydanda aparılmış yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, ötən il əsaslı təmir olunan meydanda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Heydər Əliyev meydanı müasir formada işıqlandırılmış, ətrafdakı yaşayış binalarında da abadlıq işləri aparılıb.
Prezident şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşərək söhbət edib.
Prezident İlham Əliyev Gəncə şəhər polis idarəsinin yeni inzibati binasının açılışında da iştirak edib. O, açılışı bildirən lenti kəsib və bina ilə tanış olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08