[b]Saxlanılanlardan birinin İşgəncələr Əleyhinə Komitənin əməkdaşı olduğu bildirilsə də, Elçin Behbudov onun bir ay əvvəl komitədən uzanlaşdırıldığını deyir[/b] Hüquq-mühafizə orqanları tərəfindən saxta şəxsiyyət vəsiqəsi hazırlayıb satmağa cəhd göstərən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikinin redaktoru İrina Konovalova və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşı Pərviz Dəyistani saxta şəxsiyyət vəsiqəsi hazırlayıb satarkən həbs olunublar. Verilən məlumata görə, İ.Konovalovanın evinə baxış zamanı saxta sənədlərin hazırlanması lazım olan blank, arayış, hüquq verən sənəd nümunələri, müxtəlif möhürlərin olduğu disket, kompüter və skayner aşkar edilərək götürülüb. Faktla əlaqədar BMCMİ-nin İstintaq şöbəsi cinayət işinə başlayıb, hazırda istintaq aparılır. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Pərviz Dəyistaninin bir ay əvvəl komitənin İdarə Heyəti tərəfindən qurumdan kənarlaşdırıldığını deyib: ?Onun bizim təşkilatla heç bir bağlılığı yoxdur. Məgər Hacı Məmmədov cinayət törədibsə, ona Ramil Usubov cavabdehdir, yaxud icra başçısı jinayət edibsə, ona prezident cavabdehdir? Bir də ki, Pəriviz Dəyaistani komitənin adından istifadə etməyib axı? Hansısa cinayət əməlinə görə onu həbs ediblər. Ona görə də qanun qarşısında cavab verəcək?.