Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 18-də saat 10.50-dən 11.20-dək və 13.40-dan 14.00-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Çaxırlı, saat 22.05-dən 22.15-dək Xocavənd rayonunun Kuropatkino, saat 23.30-dan 23.40-dək Füzuli rayonunun Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.