Prezident ?Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı?nı təsdiq edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də ?Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı? təsdiq edilməsi haqda sərncam verib. Sərnəcamda qeyd edilir: ?Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, milli mənəvi dəyərlərin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, milli teatr sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə qərara alıram:
1. ?Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı? təsdiq edilsin.
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08