Ermənistan silahlı qüvvələri ötən gecə Cəbrayıl rayonu Çocuqmərcanlı kəndi istiqamətində atəşkəsi pozub. Nəticədə Azərbaycan Ordusunun bir əsgəri şəhid olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, şəhid olan əsgər Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıbmış. Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan daha bir əsgərimiz isə yaralanıb. Tovuz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər 1989-cu il təvəllüdlü Elmar Sadiqov yaralanıb.