Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Latın Amerikası ölkələrinə səfər edəcək. Daha öncə Rusiya, Çin və İranın Latın Amerikasında artan təsirindən narahat olduğunu açıqlayan H.Klintonun səfəri bir neçə həftə çəkəcək. CNN Türk-ün məlumatına görə, onun səfəri iyunun 1-dən Salvadorda yeni seçilmiş prezidentin andiçmə mərasimində iştirakla başlayacaq. Daha sonra dövlət katibi Amerika ölkələrinin illik toplantısına qatılmaq üçün Hondurasa gedəcək.