Türkiyənin xarici izlər naziri Əhməd Davutoğlu artıq Bakıdadır
Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu İslam Konfransı Təşkilatının Dəməşqdəki toplantısından sonra bu gecə Azərbaycana rəsmi səfərə gəlib. O, Bakıya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bir təyyarədə gəlib. Türkiyəli nazir Heydər Əliyev beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, bu gün keçirəcəyi rəsmi görüşlərdə iki ölkə arasındakı bütün məsələlər müzakirə olunacaq.
Əhməd Davutoğlu səhər saatlarında Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edəcək. Daha sonra o Azərbaycan Xarici İşlər Nazirliyində olacaq və azərbaycanlı həmkarı Elmar Məmmədyarovla iki ölkə arasında enerji məsələlərini və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Təktbətək görüşdən sonra nazirlərin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50