Sabah Milli Məclisin xüsusi iclası keçiriləcək. İclasın keçirilməsində əsas məqsəd Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı məclisdə çıxış etməsidir. Milli Məclisdən verilən məlumata görə, iclas saat 15.00-da başlayacaq. Ərdoğanın Milli Məclisdəki çıxışı əsasən Azərbacan-Türkiyə münasibətlərin səviyyəsi, son vaxtlar əsas müzakirə mövzusuna çevrilən, ciddi narahatlığa səbəb olan Türkiyə-Ermənistan sərhədlərinin açılması və digər məsələləri əhatə edəcək.