Azərbaycan silahlı qüvvələrinin əsgəri Anar Xanbab oğlu Hacıyev mayın 10-da saat 9.45 radələrində erməni tərəfinə əsir düşüb. Bu barədə Ermənistanın "Armtoday" saytı məlumat verib. Erməni mətbuatının yazdığına görə, əsgər motoatıcı alayda qulluq edib. ANSPRESS-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Goranboy rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan əsgər A.Hacıyev Füzuli rayonu istiqamətində əsir düşüb. Azərbaycan Müdafiə Nazirliyindən isə faktla bağlı məlumat almaq mümkün olmayıb.