Ermənistan silahlı qüvvələri, bu gün səhər saat 06:00 radələrində, Füzuli rayonunun adsız yüksəkliklərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qarşı tərəf cavab atəşi ilə susdurulub,itki yoxdur.