9 may qələbə bayramı münasibətilə keçirilən mərasimə prezident də qatılıb
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 64-cü ildönümü münasibətilə mayın 9-da ölkəmizin paytaxtında təntənəli mərasim keçirilib. Azərbaycan prezidenti İlham Əliyev də mərasimdə iştirak edib. İ.Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsinin ziyarət edərək, abidənin önünə əklil qoyub. Sonra ölkə başçısı H.Aslanovun ailə üzvləri, mərasimdə iştirak edən Böyük Vətən müharibəsi veteranları ilə görüşüb.
Qeyd edək ki, dövlət və hökumət rəsmiləri, Milli Məclisin üzvləri də tədbirdə iştirak ediblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08