ATƏT-in Minsk Qrupunun həmsədrləri prezidentlərin görüzünü müsbət qiymətləndiriblər
Amerikanın Çexiyadakı səfirliyində Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk qrpunun həmsədrləri jurnalistlər üçün açıqlama veriblər. Amerikalı həmsədr Metyu Brayza bildirib ki, prezidentlər Ermənistan ? Azərbaycan münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin ideyaları üzrə razılığa gəlirlər.
?Prezidentlər razılığa gəliblər ki, növbəti görüş bu ilin iyununda Sankt- Peterburqda təşkil olunacaq iqtisadi forum çərçivəsində keçirilsin?, - deyə Brayza dövlət başçılarının bu addımını danışıqlar prosesinin uğuru kimi qiymətləndirib. Bununla belə, həmsədr əlavə edib ki, nizamlanmanın bütün bəndləri üzrə razılığa gəlmədən heç kim güzəştə getmək istəmir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08