Səfər Əbiyev:"Qarabağ münaqizəsinin həllində heç bir torpaq güzəztindən söhbət gedə bilməz"
"Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir torpaq güzəştindən söhbət gedə bilməz və münaqişə qeyd-şərtsiz öz həllini tapmalıdır". Bunu müdafiə naziri Səfər Əbiyev bu gün Amerikanın müdafiə katibinin köməkçisinin müavini Meri Vorliklə görüşündə bəyan edib. Görüşdə Azərbaycan-NATO əlaqələrinin mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən bölgədəki hərbi-siyasi vəziyyət müzakirə olunub. Azərbaycanın müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin həllində əsassız gecikmələrə yol verilməsinin regionda ümumi durumu daha da gərgin vəziyyətdə saxladığını qeyd edib. S.Əbiyev buna görə də problemin tezliklə aradan qaldırılmalı olduğunu vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08